Atmosfer
Uşaqlar səmaya baxdığınız vaxt, orada nələrin olub-bitdiyi sizi maraqlandırır mı? Fikrimizcə bu hamınızı maraqlandırır. Onda səmadakı mavi səyahətimizə başlayaq.
Yer kürəsini hər tərəfdən əhatə edən hava təbəqəsinə "atmosfer" deyilir. Atmosfer 7 təbəqədən ibarətdir. Atmosferin təbəqələrindən hər biri müxtəlif qazlar ehtiva edir və bir-biriylə tam uyğunluq içindədir.
Atmosferin 7 təbəqədən ibarət olduğu Quranın bir ayəsində belə bildirilir:
O, iki gündə onları yeddi göy kimi yaratdı... (Fussilət surəsi, 12)
Quranın bir çox ayəsində işlədilən göy sözü, bütün kainatı ifadə etmək üçün işlədildiyi kimi, Dünya səmasını ifadə etmək üçün də işlədilər. Sözün bu mənası götürüldükdə ayədə, Dünya səmasının, digər bir sözlə, atmosferin, 7 təbəqədən ibarət olduğu bildirilir.
Bugünkü gündə Dünya atmosferinin üst-üstə düzülmüş fərqli təbəqələrdən ibarət olduğu məlumdur. Həmçinin eynilə ayədə bildirildiyi kimi, tam yeddi əsas təbəqədən...
İndi ayədə bildirilən təbəqələri ardıcıllıqla araşdıraq:
- Troposfer: Yer üzünə ən yaxın olan və ən aşağıda yerləşən təbəqədir. Bu təbəqənin qalınlığı enliklərə görə dəyişir. Troposferdə hündürlük artdıqca temperatur azalar, ən hündür nöqtəsində isə temperatur -51⁰ C ilə -79⁰ C arasındadır.
- Stratosfer: Troposferin üzərində yerləşir. Bu təbəqədə yuxarı qalxdıqca temperatur da artar.
- Mezosfer: Stratosferin üzərində yerləşir. Burada temperatur -73⁰ C-ə qədər enir.
- Termosfer: Mezosferin üzərində yerləşir. Burada temperaturun yenidən yüksəldiyi müşahidə olunur. Gecə ilə gündüz arasındakı temperatur fərqi 100⁰ C-dən çoxdur.
- İonosfer: Yerdən 70-400 kilometr arası hündürlükdə yerləşib, ion adlandırılan elektrik yüklü zərrəciklərə malikdir. Məhz bu zərrəciklərin olduğu atmosfer təbəqəsi ionosfer adlanadırılır.
- Ekzosfer: Yer səthindən 500 kilometr hündürlükdən sonra başlayan təbəqədir.
- Maqnitosfer: Bu təbəqə maqnit gücündən ötrü maqnitosfer adlandırılmışdır. Qoruyucu zireh funksiyası yerinə yetirən bu təbəqə, 3000 km-lə 30000 kilometr hündürlük arasında yerləşir. Daha əvvəl də bəhs etdiyimiz kimi, Planetimizi kosmosdan gələn təhlükəli şüalardan qoruyan bu təbəqəyə Van Allen qurşağı da deyilir.
Atmosferin bizim üçün nə qədər əhəmiyyətli olduğunu anlamağımız üçün bir də digər planetlərə nəzər salaq. Məsələn, Merkuri planetində olduğumuzu düşünək. Burada atmosfer yoxdur. Ancaq atmosferin varlığı bir çox baxımdan olduqca əhəmiyyətlidir. Buraya qədər atmosferdəki oksigen kimi qazlardan və atmosferin qoruyucu xüsusiyyətinin əhəmiyyətindən qismən də olsa bəhs etdik. Amma bir də insan həyatı üçün olduqca əhəmiyyətli olan, atmosferin ağırlığı var.
Atmosfer, çox yüngül havadan yaradılmışdır.
Amma bu, atmosferin heç ağırlığı olmadığı mənasını verməz. Əslində, üzərimizdə yüksələn kilometrlərlə qalınlıqdakı hava təbəqəsinin ağırlığı olduqca çoxdur.
Tədqiqat nəticələrinə görə atmosfer hər birimizin üzərinə tonlarla ağırlıqda qüvvə tətbiq edir. Məhz buna "hava təzyiqi" deyilir. İndi ağlınıza; "onda necə əzilmirik?" sualı gələ bilər. Uşaqlar bunun səbəbi, bədənimizin atmosferin ağırlığına tab gətirə biləcək möhkəmlikdə yaradılmış olmasıdır. Daha müxtəlif təzyiqə malik bir mühitdə, yaşamağımız isə qeyri-mümkündür. Çünki bu təzyiq olmadıqda bədənimizin içində sürətlə hərəkət edən qanın çölə doğru göstərdiyi təzyiq fəaliyyət keçər və qan təzyiqi, atmosfer təzyiqi ilə taraz vəziyyətə gəlməsə damarlarımız yüksək təzyiqin təsiri nəticəsində partlayar.
Məhz buna görə də, Merkuri kimi atmosfer olmayan bir mühitdə insanın yaşaya bilməsi qeyri-mümkündür.
Venera planetində isə atmosfer var. Lakin oradakı təzyiq də Yerdəki təzyiqdən tam doxsan dəfə artıq olduğu üçün insanın yaşaması üçün əlverişli mühiti təmin etməz. Buradan isə, Venera planetində yaşamağın mümkün olmayacağını, çünki insan böyük təzyiq altında əzilib öləcəyini anlayırıq.
Buraya qədər danışdıqlarımızı təkrar qısa şəkildə yekunlaşdıraq: Atmosfer, Dünyadakı canlıların yaşaya bilməsinin ən əhəmiyyətli şərtlərindən biridir. Atmosferin, bir hissəsindən qısa şəkildə bəhs etdiyimiz bir çox vəzifəsi var. Xatırlayırsınızsa bunlardan biri atmosferdəki qazların insan həyatı üçün zəruri olmasıdır. Əgər atmosfer olmasaydı canlılar nəfəs ala bilməzdi və yer üzündə həyat olmazdı.
Atmosferin vəzifələrindən biri də Planetimizi kosmosdan gələn bir çox təhlükədən qorumaqdır. Planetimizi gözləyən təhlükələrdən biri, daha əvvəl də bəhs etdiyimiz kimi kosmosda hərəkət edən asteroidlərdir. Məhz atmosferin vəzifələrindən biri də bu asteroidlərin Planetimizə düşüb zərər verməsinə mane olmaqdır.
Atmosferin digər bir vəzifəsi də kosmosdan gələn zərərli şüaların qarşısını kəsməkdir. Atmosfer sayəsində bu zərərli şüaların yalnız 7%-i Yerə çatar.
Budur uşaqlar sizə üzərində düşünməli olduğunuz yeni bir mövzu... Planetimizə gəlib çatan şüalar, tam yaşamağımız üçün lazım olan miqdardadır. Xatırlayırsınızsa Planetimizin Günəşə olan uzaqlığı da tam olması lazım olan qədərdi, nə daha uzaq, nə də daha yaxın idi... Uşaqlar, bəs bizim üçün olduqca əhəmiyyətli olan atmosfer öz-özünə, təsadüfən meydana gəlmiş ola bilərmi?
Belə bir şeyin əsla mümkün olmayacağını başa salmaq üçün sizə kiçik bir nümunə verək: Ananızın hazırladığı peçenyelərin ləzzətini düşünün. Bu peçenyelərə ləzzət verən nədir? Əlbəttə ki, ananızın bunların xəmirini lazımi vəsaitlərdən tam lazımi miqdarda əlavə edərək hazırlaması və yenə tam lazım olduğu şəkildə bişirməsi ən böyük faktordur. Biri çıxıb sizə; "belə ləzzətli peçenyelər hazırlamaq üçün anana ehtiyac yoxdur, bunlar təsadüfən də bişib sənin önünə eyni ləzzətdə gələ bilərlər" desə ona inanarsınız mı? Əlbəttə ki, inanmazsınız. Uşaqlar, bəs kiçik bir peçenye belə öz-özünə meydana gələ bilmədiyi halda, heç bu böyüklükdə Planetimiz, onu əhatə edən atmosfer və təbiidir ki, ən əhəmiyyətlisi də, üzərində yaşayan biz insanlar təsadüfən meydana gələ bilərikmi? Qətiyyən belə bir şeyin mümkün olmayacağını artıq hamımız bilirik.
Bütün bunları bilən birinin səmaya baxdığında nə düşünə biləcəyinə dair bir nümunə verək. Məsələn, "Allah atmosferi yaratmasaydı Planetimizdə yaşamaq mümkün olmazdı" və ya "Allah, həqiqətən də çox güclüdür. Əgər Rəbbimiz Planetimizi qorumasaydı, nəhəng asteroidlər Yerə gəlib çatar və Planetimiz olduqca kiçik hissələrə ayırardı" kimi düşünə bilər. Öyrəndiyiniz bütün məlumatları bu nümunələrdəkinə bənzər şəkildə düşünə bilərsiniz. Eləcə də, Allaha bu şəkildə bizi qoruduğu üçün də şükür edər, yəni təşəkkür edərsiniz.
Atmosferin həyat üçün uyğunluğu
Planetimizin atmosferi həyat üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. İndi, sizə atmosferimizin özünəməxsus quruluşundan danışaq.
Dünya atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon kimi digər qazların qarışığından ibarətdir. Bu qazlardan əvvəlcə oksigeni araşdıraq.
Oksigen canlılar üçün çox əhəmiyyətlidir. Çünki canlıların yaşaması üçün lazım olan enerji bəzi kimyəvi reaksiyalar nəticəsində əldə edilir. Bu kimyəvi reaksiyaların əksəriyyəti də oksigen sayəsində baş verir. Məhz biz də bundan ötrü, daimi surətdə oksigenə ehtiyac duyarıq. Əlbəttə ki, bu ehtiyacımızı ödəmək üçün daimi surətdə nəfəs alarıq.
Atmosferdəki oksigen miqdarı həyat üçün lazım olan ən uyğun nisbətdədir. Məsələn, bu nisbət 21% əvəzinə, 22% olsaydı, tək bir ildırımın çaxması nəticəsində meşə yanğınları başlayardı. Əgər nisbət 25%-ə çatsaydı isə, Planetimiz nəhəng yanğınlarla qovrulub yox olardı. Çünki oksigen tez alışan qazdır.
Bunu öyrəndiyinizdə ağlınıza belə bir sual gəlmiş ola bilər: Görəsən bir gün oksigen tükənsə nə baş verər? Son əsrdəki yüksək hava çirkliliyinə baxmayaraq, belə bir təhlükə yarana bilməz. Çünki Planetimizdə meydana gətirilən oksigenin 80%-dən çoxu, okeanlardakı mikroskopik canlılar tərəfindən əmələ gətirilir. Yəni yer üzündəki bütün meşələr yox olsa belə yaşaya biləcəyiniz miqdarda oksigen olacaq.
Atmosferdəki oksigen nisbətinin sabit vəziyyətdə qalması, mükəmməl sistem sayəsində baş verir. Buna geriyə mübadilə sistemi deyilir. Heyvanlar və insanlar oksigendən istifadə edər, karbon buraxarlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirərlər. Karbon qazını alıb oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən bu yolla milyardlarla ton oksigen əmələ gətirilərək atmosferə buraxılar.
Burada çox mühüm bir həqiqətə diqqət çəkək. Niyə yalnız bitkilər oksigen əmələ gətirir? Bütün canlılar oksigen əmələ gətirsələrdi yaşamaq daha asan olmazdı mı?
Xeyr, qətiyyən yaşamaq daha asan olmazdı. Əksinə həm insanlar, həm heyvanlar, həm də bitkilər oksigen əmələ gətirsələrdi atmosferdəki oksigen nisbəti xeyli artar və atmosfer qısa müddətdə "yanıcı" xüsusiyyət qazanardı. Bunun nəticəsində ən kiçik bir qığılcım belə nəhəng yanğınlar meydana gətirərdi.
Digər tərəfdən bunun tam əksini də düşünə bilərik: Bitkilər oksigen deyil, digər canlılar kimi karbon əmələ gətirsəydilər nə baş verərdi?
Əgər bütün canlılar karbon əmələ gətirsədilər, bu dəfə də atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, tənəffüs etdikləri havada oksigen olmadığından "boğularaq" kütləvi halda ölməyə başlayardılar.
Uşaqlar gördüyünüz kimi, atmosfer bizi qorumaqdan başqa, eyni zamanda nəfəs almağımız üçün lazım olan oksigeni də qoruyub saxlayır və Allah oksigen miqdarını sabit saxlayacaq bir çox sistemi bir-biriylə əlaqəli şəkildə yaratmışdır. Məhz Allah Planetimizdəki hər şeyi belə incə hesablar və tarazlıqlarla yaratmışdır. Bu Allah üçün çox asandır.
Bunu əsla unutmayın ki, hər rahatlıqla nəfəs alışınız Allaha şükür etməyiniz üçün bir səbəbdir. Çünki O istəməsəydi nə atmosfer, nə də oksigen olardı...