Kainatın yaradılışı
İndiyədək ucsuz-bucaqsız kainatın, nəhəng planetimizin, Günəşin, Ayın və ulduzların necə meydana gəldiyi barədə düşünüb araşdırma apardınız mı? Bəs kainatın Planetimiz, Ay və Günəşdən başqa bir çox maraqlı cisimlə dolu olduğunu bilirsiniz mi? Bu cisimlərin birlikdə mövcudluqlarını davam etdirə bilmələri üçün, kainatda bir çox həssas tarazlığın eyni anda mövcud olmasının lazım olduğundan xəbəriniz varmı?
İndi bu sualların cavablarını öyrənəcəyimiz ehtişamlı bir səfərə çıxaq və Allahın kainatı ilk olaraq necə yaratdığını öyrənək.
Bir vaxtlar kainat yoxdu!
İnsanlar əvvəllər göy haqqında çox az şey bilirdilər. Çünki, səmanı araşdırmaq üçün lazım olan vasitələr indiki kimi təkmilləşməmişdi. Buna görə də, insanların kainatın yaranmasıyla əlaqədar axmaq və gülməli düşüncələri vardı. Bunların ən gülməlisi isə kainatın həmişə mövcud olduğu düşüncəsi idi. Yəni, göy kifayət qədər araşdırılmadan əvvəl, bəzi məlumatsız insanlar kainatın bir başlanğıcı olmadığını həmişə mövcud olduğunu söyləyirdilər.
Halbuki bu çox məntiqsiz bir düşüncə idi! Bir düşünün, evinizin və ya məktəbinizin ilk inşa olunma tarixi, hətta bu an oxuduğunuz bu sətirlərin belə müəyyən yazılma tarixi var. Eynilə, ananızın, atanızın və sizin də bir doğum tarixiniz var. Deməli, canlı və ya cansız olmasından asılı olmayaraq, hər şey müəyyən bir tarixdə ortaya çıxar. Məhz, bunun üçün "kainatın ortaya çıxış tarixi yoxdur, o onsuz da həmişə vardı" kimi düşünmək çox ağılsız bir düşüncə olar.
Bu mövzunu daha yaxşı anlamağınız üçün belə bir nümunə verək: Sabah məktəbə gedərkən fərqli bir yoldan gedəcəyinizi və yol üzərində bir heykəllə qarşılaşacağınızı düşünün. Nə düşünərsiniz? "Bir heykəltəraş bu heykəli düzəltmiş və buraya yerləşdirmişdir" deyərsiniz, elə deyilmi? Bəs bir dostunuz; "xeyr bu heykəl həmişə buradaydı, onu heç kim düzəltmədi, daim burada dayanırdı" desə nə deyərdiniz? Yəqin ki, dostunuzun olduqca axmaq düşüncəyə sahib olduğunu, hər sənət əsərinin mütləq bir yaradıcısı olduğunu söyləyərdiniz, elə deyilmi?
Onda kainatın həmişə mövcud olduğunu söyləyənlər, heykəlin həmişə mövcud olduğunu söyləyən yoldaşınızdan olduqca axmaq düşünürlər. Çünki heykəl, bir qaya parçasının müəyyən formaya salınmış halıdır. Kainatın içində isə, bu qaya parçası ilə əsla müqayisə edilə bilməyəcək qədər çox sayda göy cismi, daha çox sistem və fövqəladə tarazlıqlar vardır.
Onsuz da kainatın həmişə mövcud olduğu kimi bir düşüncənin axmaq olduğu göy araşdırmaları genişləndikcə daha da aydınlaşdı. Çünki, bu araşdırmalar nəticəsində hər şey kimi kainatın da bir başlanğıcı olduğu ortaya çıxdı.
Kainatın bir doğum günü olduğunu isbat edən ilk insan Edvin Habl adlı astronom olmuşdur. (Onsuz da bilirsiniz, amma yenə də xatırladaq: Astronom səmanı, kosmosu araşdıran insanlara deyilir.) Astronom Hablın nəhəng bir teleskop vardı. 1929-cu ildə, həmişəki kimi nəhəng teleskopuyla səmanı araşdırdığı bir gün, ulduzların hərəkət etdiyini gördü.
Bunlar adi hərəkətlər deyildi. Çünki ulduzlar fasiləsiz surətdə bizdən uzaqlaşırdılar. Hətta onlar bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat isə, daim genişlənən bir kainat deməkdi.
Bundan bir əsr əvvələ qədər insanlar bu həqiqəti bilmirdilər. Lakin bu gün ulduzların bir-birlərindən və yer kürəsindən uzaqlaşdıqlarını bütün elm adamları söyləyir.
Ulduzların bu hərəkəti kainatın yaradılışıyla əlaqədar çox əhəmiyyətli bir məlumatdır. Çünki, ulduzların bir-birlərindən dayanmadan uzaqlaşamları, başlanğıcda hamısının bir yerdə olduğunu göstərir. Elm adamları, bundan təxminən 15 milyard il əvvəl kainatın bütün maddəsinin sancaq başı qədər kiçik bir nöqtədə sıxılmış vəziyyətdə olduğunu müəyyənləşdirdilər. Bu nöqtənin partlaması və kosmosa yayılması nəticəsində bugünkü kainat ortaya çıxmışdı.
İndi isə, buraya qədər sadaladıqlarımızı sırayla alt-alta yazaq:
- Birincisi, ulduzlar daim hərəkət edərlər;
- İkincisi, ulduzlar bizdən uzaqlaşırlar;
- Üçüncüsü, zaman yavaş-yavaş geriyə alınsa, ulduzların bir-birlərinə yaxınlaşdığı görülər. Bu geriyə hərəkət, bütün kainat tək bir nöqtədə birləşənə qədər davam edər.
Bir qədər də geriyə getsək bu nöqtə də yox olar. Yəni kainat yoxdan yaranmışdır, Allah tərəfindən yaradılmışdır.
Yoxluğun necə bir şey olduğunu aşağıdakı üç sadə sualı cavablandıraraq asanlıqla anlaya bilərsiniz.
1) Bir il əvvəl neçə yaşındaydınız?
Mütləq hazırkı yaşınızdan bir yaş daha kiçik olduğunuzu deyəcəksiniz.
2) Hal-hazırkı yaşınızdan bir-bir geri saysanız, ən son hansı yaşınızı söyləyərsiniz?
Hamınız "bir" demiş olmalısınız. Bu sizin doğulduğunuz andan bir il sonra çatdığınız yaşdır. İlk doğulduğunuz anda isə hələ bir yaşınız yoxdur, bu an isə sıfır yaş olaraq ifadə edilə bilər.
3) Doğulduğunuz zamandan bir il əvvəli düşünün! O zaman neçə yaşındaydınız? Və haradaydınız?
Bu suala, "o vaxt mən yoxdum" şəklində cavab vermiş olmalısınız.
Həqiqətən də doğru cavab, ananız sizə hələ hamilə qalmadan əvvəlki vaxtlarda olmamağınızdır.
Yaşınızla birlikdə bədəniniz üçün də eyni geriyə sayma əməliyyatını aparsaq, nəticədə bədəninizin də yox olduğunu görərsiniz. Geri aldığımız hər bir yaşla birlikdə bədəniniz də kiçilər. Bədəniniz kiçilə-kiçilə, ananızın qarnındakı halınızı alar. Ananızın qarnındakı kiçilmə davam edər və ən sonda ananızın sizə hamilə olmadığı zaman gəlib çatar.
Məhz kainat da, eynilə sizin kimi, Allah tərəfindən yaradılmadan əvvəl yoxdu. Zamanı geri alsaq kainatın da yaşı kiçilər. Yenə sizin kimi, bir yerə qədər kiçilər və ən sonunda yox olar. Onda kainatın ortaya çıxmış olması, onun "yaradılmış" olması deməkdir.
İndi bunu xatırlatmalıyıq ki, bir şeyin olmadığı halda, sonradan mövcud olduğunu bldirmək üçün "yaradılış" sözündən istifadə olunar və hər hansı bir şeyi yoxdan meydana gətirə bilən, yəni "yaradan" yalnız Allahdır. İnsanlar da daha əvvəl mövcud olmayan şeylər düzəldə bilərlər. Məsələn, ortada bir şəkil olmadığı halda, şəkil çəkə bilərlər və ya bir gəmi olmadığı halda, gəmi düzəldə bilərlər. Amma insanlar ancaq dünyada mövcud olan imkanlarla, daha əvvəl nümunələrini gördükləri şeyləri düzəldə bilərlər. Bu isə, yaratmaq deyil. Yaratmaq bir şeyi yoxdan nümunəsiz olaraq meydana gətirməkdir. Kainatdakı hər şeyi və təbiidir ki, kainatın içindəki planetimizi də nümunəsiz olaraq Allah yaratmışdır.
İnsan isə, bir qədər əvvəl söylədiyimiz kimi bir şəkil çəkərkən belə Allahın yaratdıqlarını nümunə götürür. Məsələn, sizdən bir mənzərə rəsmi çəkməyinizi istəsək, kağıza nələr çəkərsiniz? Böyük ehtimalla, Günəş, dağ və bir neçə yaşıl ağac və bəlkə bir də göy qurşağı və ya dəniz çəkərsiniz. Yaxşı, indi bir düşünün! Heç ağac görməmiş olsaydınız, ağac rəsmi çəkə bilərdiniz mi? Xeyr, qətiyyən çəkə bilməzdiniz və ya anadangəlmə kor olan biri barədə düşünün Günəşin yumru olduğunu bilməsi üçün, biri bunu özünə söyləmiş olmalıdır. Çünki, görə bilmədiyi bir şeyi bilməsinə imkan yoxdur.
Uşaqlar! Bu nümunələrdən sonra yenidən açıq şəkildə gördüyümüz kimi, nümunəsiz yaratma gücü olan yalnız Allahdır. Allahın bütün insanlara yol göstərici olaraq endirdiyi müqəddəs kitab olan Quranda bu həqiqət belə xəbər verilir:
O, göyləri və yeri nümunəsiz olaraq yaradandır... (Ənam surəsi, 101)
Uşaqlar indi növbə, Allahın kainatı necə yaratdığını öyrənməyə gəldi. Əminik ki, hamınız, belə böyük bir hadisənin necə baş verdiyini düşünməyə başlamısınız.