Quranda kainat haqqında verilən məlumatlar
Quran, Allahın insanlara göndərdiyi müqəddəs kitabdır. Hər mövzuda ən doğru məlumatlar Qurandan öyrənilir. Çünki Quranın hər sətiri Uca Allahın bir sözüdür. Lakin, Quranın endirildiyi dövrdə, elm və texnologiya indiki qədər inkişaf etməmişdi. Bundan ötrü də, son dövrlərə qədər Quranda yazılmış məlumatları araşdırmaq mümkün olmadı. Bu gün isə elmdə və texnologiyada çox böyük irəliləyişlər əldə olunur. Hər yeni inkişaf, Quranda bildirilən məlumatlarla tamamilə eyni çıxır. Məsələn, Quranda kainatın bir nöqtədə olarkən sonradan partlayış nəticəsində yayıldığı bildirilir. Əvvəlki səhifələrdə sizə bildirdiyimiz kimi, müasir elmin çatdığı nəticə, Qurandakı məlumatla tamamilə eynidir. Quranda bu elmi həqiqət belə bildirilir:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı görmürlərmi?... (Ənbiya surəsi, 30)
Bu ayəni belə izah edə bilərik:
- "Göylər" sözü, bütün kainat mənasını verir.
- Belə olduqda, "göylərlə yer bir olduğu" ifadəsi, əvvəllər kainatdakı bütün varlıqların bir-biriylə iç-içə olduğunu bildirir.
- Nəhayət, ayədə keçən "onları bir-birindən araladığımızı" ifadəsi kainatın partlayışla hissələrə ayrıldığını bildirir.
Quranda elmin yeni kəşf etdiyi, kainatla əlaqədar daha bir çox məlumat var. İndi bu məlumatlardan bir nümunə daha verək.
Sizə daha əvvəl haqqında danışdığımız Habl adlı astronomun kainatın genişləndiyini isbat etdikdə tarix 1929-cu ildi. Yəni bundan yalnız 72 il əvvəldi. Halbuki, eyni məlumat Quranda bundan tam 1400 il əvvəl bildirilmişdir. Ayələrdə bundan belə bəhs edilir:
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)
Ayədə keçən "göy" sözü, kosmos və kainat mənasında işlədilmişdir. "Biz onu genişləndiririk" ifadəsi isə, açıq şəkildə kainatın genişləndiyini bildirir.
Bu nümunələr iki şeyi sübut edir:
- Quran qəti surətdə Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır;
- Quranda yazılanlar ən doğru məlumatlardır. Çünki Quran, kainatı və içindəki hər şeyi yaradan Allah tərəfindən göndərilmişdir, əlbəttə ki, Öz yaratdığını ən yaxşı bilən də Allahdır.